Onurğa sağlamlığını qorumaq üçün nələrə diqqət edilməlidir?
Bölmə: Sosial › ,Tarix: 23:15 28.10.2024
Gün ərzində saatlarla mobil telefonlarla, planşetlərlə və digər elektron vasitələrlə vaxt keçiririk. Bu zaman bel, boyun ağrıları yaranır. Onurğa sağlamlığını qorumaq üçün nələrə diqqət edilməlidir? Bu barədə "İnformator.az"a danışan fizioterapevt Gülnar Əhmədli bildirib ki, sözügedən problem yeniyetmələr və uşağlarda daha çoxdur:
"Yetkin insanlarda gün ərzində ümumi götürsək, telefon istifadəsi sutkalık orta hesabla 4-6 saatını əhatə edir. Bu zaman əslində normada olan başımızın çəkisi 0 dərəcə bucağ altında olduqda onurğamıza düşən yükü 4-5 kq qədərdir. Amma müəyyən bucağlar altında biz telefon ilə oynayadıqda önə əyilərkən bu yükün miqdarı dəyişir. Məsələn, 15 dərəcəli başımızı önə əyərkən onurğamıza düşən yük təxminən 10-12 kq olur amma 30-45 dərəcə önə əydikdə isə bu yükün miqdarı hətta 15-18 kq qədər arta bilir və onurğada kifayət qədər yüklənmə olur".
Həkim bu zaman yarana biləcək xəstəliklərdən bəhs edib:
"Nəticədə onurğanın boyun hissəsində yüklənmə olur və boyun nahiyəsində müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Birinci yerdə boyunda fəqərə arası diskin yırtıqları boyun, çiyin ağrılarına və qollarda keyləṣməyinə gətirib çıxardır. Uzun müddətli sağ əlində telefon saxladığı zaman "karpartunnel sindromu" dediyimiz bir xəstəliyə səbəb ola bilər. Bu xəstəlik bilək nahiyəsindən sinir keçərkən tuneldə yüklənmədən dolayı sıxışmasına səbəb olur. Bu da əllərimizdə, barmaqlarımızda Ağrıya və hissiyat pozulmasına səbəb ola bilir. Amma uşaq və yeniyetmələrdə isə ən çox onurğa əyriliklərinə kifoz(donqarlıq),qamət pozulması, skolioz kimi onurğa deformasiyasına, yəni əyriliklərə gətirib çıxarır. Uşağlarda vaxtından tez yaranmış boyun və çiyin ağrılarına da mənfi təsir edə bilər. Onurğadan qıraq olaraq yuxu pozğunluğuna, əhvali-ruhiyyənin pozulmasına qədər psixoloji faktorlara qədər telefon və planşetlərdən istifadə təsir edə bilir".
Nərgiz Orucova