Rusiya mülklərini müsadirə etməyə qərar verən Finlandiyaya etiraz notası göndərib
Bölmə: Dünya › ,Tarix: 21:12 30.10.2024
Rusiya Xarici İşlər Nazirliyi Finlandiyaya Rusiya mülklərinin ələ keçirilməsinə görə etiraz notası verildiyini bildirib.
Nazirlikdən verilən yazılı açıqlamada Finlandiyanın daha əvvəl Rusiyaya aid 45 mülkə həbs qərarı verdiyi bildirilib.
Buna görə də, Finlandiyanın Moskva Səfir Marja Liivalanın nazirliyə çağırıldığı və səfirə etiraz notası göndərildiyi bildirilən açıqlamada bu ifadələrə yer verilib:
"Rusiya tərəfi Finlandiyadan Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasının müddəalarını pozan bu qeyri-qanuni qərara tez bir zamanda yenidən baxılmasını xahiş edib. Səfirə məlumat verilib ki, əks halda Helsinki belə hərəkətin nəticələrinə görə məsuliyyət daşıyacaq. Rusiya tərəfi lazım gələrsə buna qarşı tədbir görəcək".
Mənbə:Trt haber
Fidan Fərhadlı