"Qarabağ" səfərdə
Bölmə: İdman › ,Tarix: 17:30 07.11.2024
UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda "Qarabağ" bu gün səfərdə Norveçin "Budyo Qlimt" klubu ilə qarşılaşacaq.
Oyunla bağlı “informator.az”a müsahibəsində Orxan Sübhan bildirib ki, "Qarabağ" indiyə kimi daha kimlərdən, hansı rəqiblərdən xal alıb, onu azarkeşlər yaxşı xatırlayırlar:
“Düzdür, vərdiş etdiyimiz "Qarabağ"ı bu mövsüm görə bilməsək də, mən Qurban Qurbanovun komandasına inanıram. Rəqib sıradan bir komanda deyil. "Budyo Qlimt" bu il həm öz çempionatının lideridir, həm də Avropa Liqasında 3 oyuna 7 xal toplayıb, yəni heç bir oyunda uduzmayıb. Portuqaliyanın "Portu" və "Braqa" klublarına qalib gəlib. Buna baxmayaraq, axşam "Qarabağ"dan ən azı 1 xal gözləyirik. Komandamıza uğurlar".
Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin ilk 3 turunda "Tottenhem"ə (İngiltərə) 0:3, "Malmö"yə (İsveç) 1:2, "Ayaks"a (Niderland) 0:3 hesabı ilə məğlub olub.
Zəhra Həsənova