Trampın müşaviri: Ukraynadakı münaqişəyə son qoyulmalıdır
Bölmə: Dünya › ,Tarix: 21:32 14.11.2024
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Ukraynadakı münaqişəni mümkün qədər tez bitirmək və Moskva ilə Kiyev arasında danışıqlara başlamaq istəyir. Bunu milli təhlükəsizlik üzrə müşavir vəzifəsinə namizəd Mayk Vals deyib.
"İnformator.az" Lenta.ru-a istinadən xəbər verir ki, bu barədə “The National Desk” məlumat yayıb.
“Prezident hər iki tərəfi danışıqlar masası arxasına çəkmək istədiyini açıq şəkildə ifadə edib. O, diqqətini müharibəni davam etdirməyə yox, bitirməyə cəmləyib”, - deyə Vals bildirib.
Vals onu da vurğulayıb ki, Amerikanın xarici siyasətinin əsaslarını məhz ABŞ prezidenti müəyyən edir. Onun sözlərinə görə, o, özü yalnız dövlət başçısının iradəsinin icraçısıdır.
Qeyd edək ki, noyabrın 12-də Tramp Milli Təhlükəsizlik Müşaviri vəzifəsinə konqresmen Mayk Valsın namizədliyini irəli sürüb. Həmçinin məlumat verilib ki, ABŞ-ın 47-ci prezidentinin ətrafı onun rəhbərliyi dövründə Florida ştatından olan senator Marko Rubionun dövlət katibi təyin olunmasını gözləyir. Onların fikrincə, Tramp bu namizədlikdən kifayət qədər razıdır.
Banuçiçək Kalbalıyeva