Ukrayna 2025-ci il yanvarın 1-də Rusiya qazının tranzitini dayandıracaq- Baş nazir Denis Şmıqal

Bölmə: Dünya › ,
Tarix: 21:48 20.12.2024

Ukrayna baş naziri Denis Şmıqal bildirib ki, Ukrayna 2025-ci il yanvarın 1-də, yerli vaxtla saat 07:00-da (GMT ilə 05:00-da), beşillik müqavilənin müddəti bitdiyinə görə Rusiya qazının tranzitini dayandıracaq.


“Hazırda başa düşürük ki, qaz tranziti haqqında müqavilə 2025-ci il yanvarın 1-də başa çatır. Müqavilənin bitməsi ilə əlaqədar tranzit fiziki olaraq səhər saat 7-də dayandırılacaq” - deyə baş nazir qeyd edib.

 

Eyni zamanda, o əlavə edib ki, Ukrayna qaz nəqli sistemindən tranzitin bərpası yalnız Avropa Komissiyasının sorğusu əsasında və bu qazın Rusiya qazı olmadığı təqdirdə mümkün ola bilər. Bununla yanaşı, Denis Şmıqal qeyd edib ki, Ukrayna Energetika Xartiyası müqaviləsi çərçivəsində Rusiya neftinin tranzitini davam etdirməli olacaq. 2022-ci ilin fevral ayında Ukrayna Rusiya ilə qaz və neft tranzitindən başqa bütün ticarət əməliyyatlarını qadağan edib. "Naftoqaz Ukrayina" və "Qazprom" arasında tranzit müqaviləsi 2019-cu ilin sonunda beşillik müddətə bağlanıb.

 

Mənbə: ITAR TASS
Zəhra Məmmədova