Metanol nədir? Bədənə təsiri necədir?
Bölmə: Maraqlı › ,Tarix: 20:21 23.11.2024
Metanol antifriz və şüşə yuyan mayenin tərkibində olan sənaye kimyəvi maddəsidir.
İnsan istehlakı üçün nəzərdə tutulmayıb və çox zəhərlidir. Hətta kiçik miqdarda içmək zərər verə bilər.
Metanol sizə nə edər?
Görünüşü və dadı spirtə bənzəyir və ilk təsirləri oxşardır- sərxoş və xəstə hiss edə bilərsiniz. Başlanğıcda insanlar bir şeyin məhv olduğunu başa düşməyə bilərlər. Zərər saatlar sonra baş verir, çünki bədən onu qaraciyərdə parçalayaraq bədəndən təmizləməyə çalışır. Bu metobolizm formaldehid, format və qarışqa turşusu adlanan zəhərli əlavə məhsullar yaradır. Bunlar korluğa, komaya və ölümə səbəb ola bilər. Sinir və orqanlara hücum edərək yığılır.
Metanol zəhərlənməsi necə müalicə olunur?
Verilə bilən dərman müalicəsi, həmçinin qanı təmizləmək üçün dializ var. Bəzi hallarda metanol mübadiləsini üstələmək üçün spirt(etanol)istifadə etməklə müalicə edilə bilər. Ancaq bunu tez bir zamanda etmək lazımdır. Lids Universitetinin ətraf mühit toksikologiyası üzrə mütəxəssisi, professor Alastair Hay izah edir:
“Etanol, metanolun parçalanmasının qarşısını alan rəqabətə davamlı bir inhibitor kimi çıxış edir, lakin onu nəzərə çarpacaq dərəcədə yavaşladır, bədənin metanolun ağciyərlərdən, bəzilərinin isə böyrəklərdən xaric olmasına imkan verir”.
Doktor Hovda,metanol qəbul etdikdən sonra tez kömək almağın sağ qalma şansı üçün çox vacib olduğunu söylədi:
“Xəstəxanaya kifayət qədər tez çatsanız və o xəstəxanada lazımi müalicə varsa bütün təsirləri yüngülləşdirə bilərsiniz”.
Mənbə: BBC News
Nərmin Həşimova