Qismət, təsadüf yoxsa zəhmət?-Ekspert RƏYİ

Bölmə: Sosial › ,
Tarix: 20:17 26.11.2024

"Qismət və təsadüf insanların inancından irəli gələn vəziyyətdir".

Bu sözləri "informator.az"a açıqlamasında sosioloq Lalə Mehralı söyləyib. Onun sözlərinə görə, alın yazısına, karmaya inananlar bu cür vəziyyətlərdə hər şeyi qismətə, taleyə bağlayır:

"Zəhmətsiz bu dünyada heçnəyə nail olmaq olmur. Bəzən təsadüflər bizim önümüzə yaxşı fürsətlər çıxara bilir, o fürsətlərdən istifadə etmək də bir qədər zəhmət, cəsarət və hünər tələb edir. Çünki həyat hər birimizin qarşısına təsadüflər, şanslar gətirə bilər. Ona görə də, qarşımıza çıxan fürsətləri, təsadüflərin gətirdiyi şansları dəyərləndirmək özü də ağıl işidir. 
Zəhmətsiz kimlərsə müəyyən yerə qədər ucala bilər, lakin orda qalmağın özü də zəhmət tələb edir.

Bizim cəmiyyətimizdə insanlar tənbəlliklə bir çox şeyi qarışdırırlar.
Məsələn, insanlar düşünür ki, "qarşıma nə zaman fürsət çıxacaqsa onu dəyərləndirəcəm və yaxud da ki, Allah alnıma nə yazıbsa o da olacaq" bunun üçün də nəyəsə cəhd etmirlər'.

Sosioloq, "Sadəcə alın yazısına, təsadüflərə və qismətə inanmaqla insan hər şeyə nail ola bilməz. Hər bir nailiyyətin önündə zəhmət durur", - deyə fikrini yekunlaşdırıb.

 

Aydan Quliyeva