İnsanlar marketdən məhsul aləkən diqqətli olmalıdır!-Mütəxəssis AÇIQLADI

Bölmə: Sosial › ,
Tarix: 22:55 27.11.2024

"Qida allergiyası bədənin müəyyən qidalara qarşı immun sisteminin həddindən artıq ciddi və anormal reaksiya verməsidir".

 

Bu sözləri "İnformator.az"a açıqlamasında qida mütəxəssisi Ağa Salamov deyib. Onun sözlərinə görə, qida allergiyası tez-tez müşahidə olunan hadisədir:

 

"İnsanlar arasında ən yayğın qida allergiyaları ağartı məhsullar, paxlalı bitkilər, küncüt, yer fıstığı, dəniz məhsulları, sitrus meyvələri, yumurta məhsulları olduğu müşahidə edilib. İnsalar bu qidalardan istifadə edərkən mütləq ehtiyatlı olmalıdırlar.  Çünki allergiya sonradan onlarda müxtəlif fəsadlara səbəb ola bilər".

 

Psixoloq insanların hansı qidalara allergiyası olduğundan xəbər olmalarını vacib hesab edir:

 

"Araşdırmalara əsasən tərkibində qlüten olan məhsullar daha çox insan orqanizmində allergiyaya səbəb olur. Bu da öz növbəsində həmin insanlarda öz təsirini göstərir. Ümumiyyətlə, insanlar alış-veriş zamanı diqqətli olmalıdırlar. Çünki aldığı məhsulun tərkibində gizlənən allergenlər ola bilər ki, bu hal çox təhlükəlidir".

 

"Allergiyalı insanlar restoranlarda yemək yeyərkən də ehtiyatlı olmalıdırlar. Onlar sifariş vermədən əvvəl menyu ilə yaxşı tanış olmaları vacibdir. Əks hallarda səhv seçilmiş qida allergiyası olan insanın orqanizmində ciddi fəsadlar törədə bilər", -deyə o, fikirlərini yekunlaşdırıb.

 

Məryəm Zaliyeva