Rus jurnalistlərinə qarşı əsassız hücumlar Qərbdə trendə çevrilir

Bölmə: Dünya › ,
Tarix: 20:49 28.11.2024

Rus jurnalistlərinə qarşı əsassız ittihamlar və davamlı hücumlar Qərb ölkələrində artan trendə çevrilib. Bu mövzuda TASS-ın Birinci Baş Direktor müavini Mixail Qusman bildirib:

 

"Bu təbliğat fəaliyyətləri ilə bağlı ittihamlar artıq rus jurnalistlərinə və rus mediasına qarşı mənfi tendensiyaya çevrilib. Mən mütəmadi olaraq Almaniyadan Birinci Kanalın xəbərlərini izləyirəm və həmin ölkənin jurnalist qaydalarını, ənənələrini və ya qanunlarını pozan heç bir reportaja rast gəlməmişəm". 

 

"Daha əvvəl Almaniya hakimiyyəti Birinci Kanalın Almaniya ofisini bağlamaq və Rusiyanın bu yayım qurumunun Berlindəki bürosunda çalışan iki əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib. Bunun guya viza ilə bağlı məsələlər səbəbindən olduğu bildirilir. Cavab olaraq Moskva, Almaniyanın ARD media qrupunun iki jurnalistini ölkədən çıxarmaq qərarı verib".

 

"Qaranlıq otaqda qara pişiyi tapmaq istəyirsinizsə, amma pişik əfsanədirsə, istənilən şeydə nöqsan tapa bilərsiniz. Bu hadisə, məncə, Birinci Kanal ilə bağlı vəziyyəti əks etdirir. Bütün bunlar böhtan, təxribat və yalançı siyasi rezonanslardır".

 

Mənbə: İtar-tass

Zəhra Məmmədova