Prezident Rəcəb Tayyib Ərdoğan Prezident Külliyesində Oman Sultanı Heysəm bin Tarık bin Teymur Əl Səid ilə sazişlərin imzalanma mərasimində və birgə mətbuat konfransında iştirak edib.
Ərdoğanın çıxışından diqqət çəkən məqamlar:
Ötən il ölkəmizdə baş vermiş zəlzələdən sonra göstərdiyi güclü həmrəyliyə görə ona bir daha təşəkkür etmək istəyirəm. Hörmətli dostumun regionumuza aid bir çox məsələlərdə, xüsusilə Yəmən münaqişəsində sülhün bərqərar olması üçün göstərdiyi səylər təqdirəlayiqdir. Mən indicə ona Türkiyə-Oman münasibətlərində sülh və sabitliyə verdiyi töhfələrə görə dövlət medalı təqdim etdim. Ona ölkəm adından təşəkkür edirəm. Bu gün keçirdiyimiz görüşlərdə müxtəlif sahələrdə əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün atıla biləcək addımları dəyərləndirdik. Bu məqsədlə biz məsləhətləşə biləcəyimiz variantları, o cümlədən yüksək səviyyəli strateji əməkdaşlıq mexanizmini müzakirə etdik.
Habertürk