Yuxusuzluğun səbəbləri NƏLƏRDİR ? -Mütəxəssis AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 22:10 06.12.2024

Bəzi insanlar yuxu pozğunluğundan əziyyət çəkirlər. Gecələri yata bilmirlər. 5-6 saatlıq gündəlik yuxu, təbii ki, insan üçün kifayət etmir.

 

Yuxunu normallaşdırmaq üçün nə etmək lazımdır ?

 


Bu barədə “informator.az” a açıqlamsında nevroloq Rəna Abbasova bildirib ki, yuxu problemi xəstələri həkimə gətirən başlıca səbəblərdən biridir: 


“Yuxu problemi həftədə ən azı 3 dəfə yuxusuzluq , narahat yuxu ve yaxud gecə saatlarında yuxudan oyanma ve təkrar yuxuya gedə bilməməkdir. Yuxu pozulmalarının ən çox rast gəlinən səbəblərindən biri psixoloji faktorlardan yaranan yuxu pozulmalarıdır ki, bu da psixofizioloji insomniya adlanır”.

 

Nevroloq yuxu pozulmasının səbəblərindən də danışıb:

 

“Bəzi xəstəliklər xüsusilə hormonal pozulmalar, şəkərli diabet, böyrək problemləri , müxtəlif dərman preparatlarının qəbulu da yuxu pozulmalarına səbəb olur . Klinik təcrübədə ən çox rast gəlinən psixofizioloji yuxusuzluqdur. Bu cür xəstələrdə gün ərzində ümumi halsızlıq , əsəbilik ,həyacan , diqqət dağınıqlığı və.s da rast gəlir. Əgər xəstə yuxusuzluq şikayətilə müraciət edərsə, bu halda xəstənin hansısa xəstəliyinin olması iş rejimi, yaşayış mühiti tam ətraflı sorğulanmalıdır. Əgər heç bir səbəb yoxdursa, xəstə sadəcə yuxu gigiyenasina əməl etmirsə, tövsiyə olunur ki, yuxu gigiyenasına əməl olunsun. Yuxu gigiyenasi nədir ? Hər gün eyni vaxtda yatmaq , yataq otağının havasını tez-tez dəyişmək , yatağın rahat olması , işıqlanmaması , ətrafda səsin az olması , yuxudan əvvəl qidalanmamaq deməkdir. Gecə yuxusu normal olmayan insanlarda əsəbi gərginlik , davranış pozulmaları, yaddaş zəifliyi, arterial təzyiqin qeyri-stabil olması, piylənmə və.s hallar görülə bilər”.

 

Kəmalə Vəliyeva