Aptek işçilərinin sosial şəbəkələrdə dərman məsləhəti verməsi-Nə dərəcədə düzgündür?

Bölmə: Sosial › ,
Tarix: 22:14 10.12.2024

Bəzi əczaçılar sosial şəbəkələrdə canlı yayımlar açaraq dərmanlarla bağlı məsləhətlər verirlər. Bununla yanaşı müxtəlif xəstəliklərin müalicəsi üçün preparatlar tövsiyə etdikləri videoları da paylaşırlar. Son günlər sosial şəbəkələrdə belə videoların sayı artmaqdadır.

 

 Bəs bu nə dərəcədə etibarlıdır?

 

Məsələ ilə bağlı tibb üzrə ekspert Aydın Əliyev "informator.az"a açıqlamasında bildirib ki, birmənalı olaraq müalicəni ancaq həkim aparmalıdır, çünki diaqnozu ancaq həkim təyin edir :

 

"Xəstənin şikayəti , laborator analizlərin nəticələri və kliniki instrumental yoxlamalarla sübut olunmalıdır. Əçzacının isə bu hüquqları yoxdur. Əczaçılıq dərmanşunaslıqda tibbidə çox böyük elmdir, amma onlarin xəstəyə müalicə yazmaq hüququ yoxdur".

 

Mehriban Nəsibova