Qızıl gözəllik ipucu!
Bölmə: Maraqlı › ,Tarix: 23:03 10.12.2024
Səhər saatları dərinizin və ruhunuzun yeni günə hazırlaşması üçün ən vacib vaxtlardan biridir. Gündəlik gözəllik rutininizi düzgün addımlarla formalaşdırmaq dərinizin sağlamlığını qorumağa və enerjili bir başlanğıca getməyə kömək edəcək.
Yuxu zamanı dəri toksinləri çıxarır və özünü yeniləyir. Gecədə yığılan yağ və kirləri təmizləmək üçün səhərlər üzünüzü dəri tipinizə uyğun yumşaq təmizləyici ilə yuyun.
Dərinizin nəmini saxlamaq onun sağlam və parlaq görünməsi üçün vacib bir addımdır. Yüngül və tez sorulan nəmləndiricidən istifadə edərək dərinizi günün çətin şərtlərinə hazırlayın.
Tərkibində hialuron turşusu və ya C vitamini olan məhsullar dərinizə əlavə parıltı verir. Günəş şüaları təkcə yay aylarında deyil, il boyu dərinizə zərər verə bilər.
Səhər rutininizdə vacib bir addım SPF ilə günəş kremi olmalıdır. Bu məhsul dərinizi erkən yaşlanmadan və ləkələrdən qoruyur.
Təbii görünüş üçün yalnız nəmləndirici BB krem, tuş və dodaq balzamından istifadə edə bilərsiniz. Daha enerjili görünmək üçün yanaqlarınıza yüngül ənlik əlavə etməyi düşünə bilərsiniz.
Səhərlər kifayət qədər su içmək və sağlam səhər yeməyi yemək dərinizin içəridən parlaq olmasına səbəb olacaq. Antioksidantla zəngin meyvə və tərəvəzlərlə hazırlanan səhər yeməyi dərinizə ehtiyac duyduğu dəstəyi təqdim edir.
Mənbə : Pembenar
Kəmalə Vəliyeva