Qaraciyər transplantasiya əməliyyatı necə həyata keçirilir ?-MÜTƏXƏSSİS AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 22:48 11.12.2024
İnsan qaraciyərsiz yaşaya bilməz. Funksiyalarını da cihaz əvəz edə bilməz. Ona görə də qaraciyər xəstəliyi olan və ya qaraciyər çatışmazlığı olan xəstələrə sağlam orqan transplantasiyası lazımdır.
Mövzu ilə bağlı Mərkəzi Gömrük Hospitalının Cərahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, cərrah-transplantoloq Mircəlal Kazımi “informator.az”a açıqlamasında bildirib ki, qaraciyər insan orqanizmində qarın boşluğunda yerləşən ən böyük solid orqandır:
“Qaraciyər insanın həyatda qalması üçün vacib olan orqanlardan biridir. Onun orqanizmdə qanın laxtalanma sisteminin qorunması, müəyyən zülalların yaranması, öd ifrazı, immunitetin qorunması və.s çox saylı funksiyaları var. Müəyyən hallarda kefiyyətsiz qidaların istifadəsi, alkoqolun , enerji içkilərinin qəbulu və hepatit B və C virusuna bağlı olaraq orqanizmdə xroniki kəskin qaraciyər xəstəliyi əmələ gəlir. Kəsin qaraciyər xəstəliyinin müəyyən bir qisminin xroniki qaraciyər xəstəliyi, yəni qaraciyər serozunun müalicəsi qaraciyərin gecikmiş mərhələsində qaraciyərin transplantasiyasıdır. Qaraciyərin transplantasiyası iki üsulla-canlı qohumlardan, yaxınlardan, emosional bağı olan donorlardan alınan qaraciyər bir hissəsi və ya meyid orqanlardan alınan qaraciyər vasitəsilə transplantasiya əməliyyatı həyata keçirilir”.
Həkim qaraciyər transplantasiyasının necə həyata keçirildiyindən də danışıb:
“Əgər xəstənin qarciyər tranplantasiyasına ehtiyacı varsa, əməliyyat olunmursa, bu zaman xəstə qısa bir müddətdə dünyasını dəyişəcək. Qaraciyər tranplantasiyası ciddi prosesdir. Qaraciyər transplantasiyası oluna bilməsi üçün mütləq xəstənin donoru olsun. Söhbət canlı donurdan gedirsə, canlı donorlardan orqanın bir hissəsi alınır, bunun üçün donor olan şəxs könüllü müraciət etdikdən sonra onun müəyyən qan analizləri, qaraciyərin həcmini ölçən kompüter tomaqrafiyası və digər labortol insturmental müainələr aparılır. Bunun nəticəsinə görə qaraciyər transplantasiyası üçün donor namizəd olaraq qəbul edilir. Nəhayət, əməliyyat icra olunur. Donurdan alınan qaraciyər hissəsi xəstəyə transplantasiya edilir. Transplantasiya əməliyyatının müddəti xəstənin ağırlıq dərəcəsindən asılıdır. Bəzi hallarda xroniki qaraciyər xəstəliyi olan xəstələrdə gecikmiş dövrdə müraciət etdiyi zaman vaxt itirmədən orqan transplantasiyası etmək məcburiyyətində qalırıq”.
Həkimin sözlərinə görə, əməliyyatdan sonrakı dövr xəstələr üçün çox vacibdir:
“Əməliyyatdan sonrakı dövrdə xəstələr mütamadi olaraq dərman preparatları qəbul etməli, öz sağlamlıqlarını qorumalıdırlar. Bəzi qadağalar var ki, onlara riayət etməlidirlər. Mütamadi olaraq dərmanlarını qəbul etməli, həkim kontroluna gəlməli və həkimlərin göstərişi olmadan qəbul etdiyi dərman preparatlarının dozalarını artırmaq, azaltmaq, dayandırmaq olmaz. Bütün bunların hamısı həkim nəzarəti altında , həkim göstərişlərilə icra olunmalıdır".
Kəmalə Vəliyeva