SOCAR-ın Etilen-Polietilen və Polimer Zavodlarının qurğuları dayandırılıb

Bölmə: Sosial › ,
Tarix: 16:41 12.07.2025

Sumqayıt şəhərindəki “Azərikimya” İB-nin Etilen-Polietilen Zavodunun texnoloji rejimində (qaz sərfölçənində) nasazlıq yarandığı üçün Etilen-Polietilen Zavodu və eyni emal zənciri üzərində olan SOCAR Polimer Zavodunun qurğuları dayandırılıb.

 

Bu barədə “İnformator.az" a  Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

 

Bildirilir ki, zavodların məşəllərində yanma və tüstülənmə müşahidə olunur. Zavodların yenidən işə buraxılması istiqamətində hazırlıq işləri görülür.