Heydər Əliyevin ruhu bu gün şaddır!
Bölmə: Sosial › ,Tarix: 16:36 12.12.2024
2024-cü il 12 dekabr tarixində Bakı Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş genişmiqyaslı tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və digər qonaqlar iştirak ediblər.
Qonaqlar arasında Milli Məclisin üzvləri – millət vəkili Əminə Ağazadə və Aydın Hüseynov yer alıblar.
Anım gününə həsr olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
BDU-nun rektoru, professor Elçin Babayev çıxış edərək Heydər Əliyevin Azərbaycanın inkişafına verdiyi əvəzsiz töhfələrdən danışıb. O, Ulu Öndərin irsinin bugünkü nəsil üçün nə qədər böyük əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.
Tədbir zamanı "Azərbaycan Televiziyası tərəfindən Mahir Qəribovun hazırladığı Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film" təqdim olunub.
Tədbirin sonunda Heydər Əliyevin Azərbaycan gəncliyinə olan inamı bir daha qeyd edilib.
Bildirilib ki, onun əsasını qoyduğu ideyalar və tövsiyələr bugünkü nəsillər üçün əhəmiyyətli bir yol xəritəsi rolunu oynayır.
Bakı Dövlət Universitetində keçirilən bu anım tədbiri Ulu Öndərə dərin hörmətin və onun irsinə olan bağlılığın daha bir təzahürü kimi yadda qaldı.
Bənövşə Zahidli