Qazaxıstanın Rusiya ilə münasibətləri inkişaf edir və ümidverici görünür -Qazaxıstan prezidenti
Bölmə: Dünya › ,Tarix: 22:06 12.12.2024
Qazaxıstan ilə Rusiya arasındakı münasibətlər sürətlə inkişaf edir, və Rusiya lideri Vladimir Putinin Astanaya səfəri bu münasibətlərə ciddi təkan verib, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev cümə axşamı bildirib.
Qazaxıstan prezidenti Astana-Moskva əməkdaşlığının perspektivləri ilə bağlı müsbət fikirlərini Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdə paylaşıb.
"Ölkələrimiz arasındakı münasibətlər yaxşılaşır. Rusiya prezidenti Vladimir Putinin yaxın zamanda Astanaya etdiyi dövlət səfəri ölkələrimiz arasındakı strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafına təkan verdi. Mən qarşılıqlı əlaqələrimizin gələcəyi ilə bağlı nikbinəm" - deyə Qazaxıstan prezidentinin mətbuat xidməti Tokayevi sitat gətirib.
Qazaxıstan lideri həmçinin vurğulayıb ki, parlamentlərarası diplomatiya və ölkələrin qanunvericilərinin fəaliyyəti Rusiya ilə Qazaxıstan arasında əməkdaşlığın inkişafına böyük töhfə verir.
Mənbə: ITAR TASS
Zəhra Məmmədova