Gukeş Dommaraju şahmat tarixində ən gənc dünya çempionu oldu
Bölmə: Dünya › ,Tarix: 18:58 13.12.2024
Gənc Gukeş Dommaraju, cümə axşamı Sinqapurda keçirilən 14 partiyalı finalda Din Lireni 7,5-6,5 hesabı ilə məğlub edərək, klassik şahmat üzrə mübahisəsiz ən gənc dünya çempionu adını qazandı.
18 yaşlı Gukeş və çempion adını müdafiə edən Din son partiyaya bərabərliklə daxil olub və oyun sürətli şahmat tay-brekinə doğru gedirdi. Ancaq Din Lirenin səhvindən sonra həlledici xalı qazanmağı bacaran gənc oyunçu oldu. Qələbəsi təsdiqlənəndə Gukeş sevinc göz yaşlarını saxlaya bilmədi. Din isə inanmayaraq başını əllərinin arasına alıb oturmaqdan başqa heç nə edə bilmədi. Gukeş, qollarını havaya qaldıraraq qələbəsini qeyd etdikdən sonra binadan çıxarıldı və atasına uzun müddət sarıldı.
Mənbə: CNN
Ləman Ağayeva