Bonmati “Ən Yaxşı Qadın Oyunçu” tacını qoruyub saxladı

Bölmə: İdman › ,
Tarix: 22:46 17.12.2024

Barcelona və İspaniyanın super ulduzu ardıcıl ikinci dəfə “Ən Yaxşı” seçildi. Aitana Bonmati 2024-cü il üçün FIFA-nın “Ən Yaxşı Qadın Oyunçu” seçilib.

 

Son qazandığı titulunu qoruyaraq, İspaniya və Barcelona ulduzu Mia Hamm, Carli Lloyd, Marta, Birgit Prinz və komanda yoldaşı Alexia Putellas’dan sonra FIFA-nın qadın futbolu üzrə ən yüksək mükafatını bir neçə dəfə qazanan altıncı oyunçu olub.

 

Bonmati həm klub, həm də milli komanda səviyyəsində mükafatlarla dolu bir mövsüm keçirdi. UEFA Qadınlar Millətlər Liqası finalında qol vuraraq İspaniyanın çempionluğunu təmin edən ulduz, klub səviyyəsində də bu uğuru Barcelona ilə təkrarladı və UEFA Qadınlar Çempionlar Liqasının başqa bir titulunu qazandı.

 

Həmçinin bu turnirin “İlin Oyunçusu” seçilən 26 yaşlı oyunçu, klubunu ölkə səviyyəsində də üçlü titula – domestic treble-ə apararaq bir çox başqa mükafat qazandı.

 

Bonmati 15 namizəd arasından 52 səs toplayaraq birinciliyi əldə etdi və Barbra Banda (39 səs) ilə Caroline Graham Hansen-in (37 səs) ardınca ikinci və üçüncü yerləri tutdular.

 

 

Mənbə: fifa.com

Aytac Mustafayeva