Azərbaycanda bu il əmtəəlik səmt qazının istehsalı artıb

Tarix: 10:36 18.07.2025
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın neft yataqlarından 7 386,83 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 0,77% azdır.
"İnformator.az" Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 2 064,72 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 12,9% çoxdur.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın neft yataqlarından 15 112,09 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 0,2% çoxdur.