Azərbaycanda bu il hasil edilən kondensatın həcmi açıqlanıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 10:34 18.07.2025

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 2 486,9 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 8,8% azdır.

 

"İnformator.az" Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata istinadən xəbər verir ki görə, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatının 2 482,57 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 8,8% azalma deməkdir.

 

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 5 292,34 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 1,7% çoxdur.