Sumqayıt bələdiyyəsinin sədri vətəndaşları qəbul edib

Bölmə: Sosial › ,
Tarix: 10:29 18.07.2025

Sumqayıt şəhərində vətəndaş yönümlü idarəetmə fəlsəfəsi artıq konkret addımlarla həyata keçirilir. Sumqayıt şəhər bələdiyyəsinin sədri Adil Xudadatovun rəhbərliyi ilə vətəndaşların növbəti qəbul görüşü baş tutub.

 

"İnformator.az" şəhər bələdiyyəsindən APA-ya verilən məlumata istinadən xəbər verir ki, Sumqayıtın müxtəlif ərazilərindən gələn sakinlər yol və küçələrin vəziyyəti, abadlıq, sosial dəstək, maddi yardım və infrastrukturla bağlı problemləri səsləndiriblər. Bəzi məsələlərin həlli ilə bağlı dərhal aidiyyəti üzrə tapşırıqlar verilib.

 

Qeyd olunub ki, bu açıq və şəffaf yanaşma gələcəkdə də davam edəcək.



Bölmədən digər xəbərlər
İctimai iştirakçılıqla bağlı Alternativ Hesabatın təqdimatı olub
17 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin həyata keçirdiyi “İctimai iştirakçılığın təkmilləşdirilməsi” layihəsinin fəaliyyət planı çərçivəsində növbəti tədbir baş tutmuşdur.