Qalatasaraya qapıçı transferində böyük rəqib! Altay Bayındırın qərarı bəlli oldu..

Bölmə: İdman › ,
Tarix: 22:05 18.12.2024

Bu mövsüm həm Avropada, həm də liqada böyük hədəfləri olan Qalatasarayda transfer işləri sürətlə davam edir. Sarı-qırmızılar, Musleraya alternativ tapmaq üçün araşdırmalarını davam etdirərkən, transferlə bağlı Qalatasaraya pis xəbər gəldi.

 

Bu mövsüm qurduğu heyətlə Avropanın diqqətini çəkən Qalatasarayda transfer fəaliyyətləri sürətlə davam edir. Komandanın gündəmində olan adlardan biri də Botafogonun qapıçısı John Victor idi. Musleradan sonra yaxşı bir alternativ tapmağa çalışan Qalatasarayın addımlarını sürətləndirdiyi məlumat verilib. Lakin transferdə Qalatasaraya böyük bir rəqib çıxdı. Braziliya mətbuatı xəbəri yayımlayarkən, Altay Bayındır detalları da diqqət çəkdi.

 

Mançester Yunayted, Qalatasarayın transfer siyahısında olan Botafogonun qapıçısı John Victorla ilk əlaqəni qurdu.

28 yaşlı oyunçu, Botafogo ilə Braziliyada 2024-cü ildə möhtəşəm bir mövsüm keçirdi. Komanda, Serie A və Copa Libertadores çempionluqlarını bir neçə diqqətçəkən performansla qazandı. Təcrübəli qapıçı artıq karyerasında növbəti böyük addımı atmağa hazırlaşır.

 

Tottenhemin də transfer yarışında olduğu və Qalatasarayın isə üstünlüyünün az olduğu bildirilib. Bunun səbəbi olaraq isə John Victorun Türkiyəyə getməyə çox həvəsli olmaması göstərilib.

 

Victorun möhtəşəm bir mövsümdən sonra Botafogo ilə yollarını ayıracağı ehtimal olunur. Braziliyalı qapıçı, daha əvvəl Real Valladolid klubunda bir mövsüm icarə əsasında çıxış etdiyi Avropaya qayıtmağı hədəfləyir.

 

“Qırmızı şeytanlar”ın həmçinin Altay Bayındırın qış transfer pəncərəsində klubdan ayrılmağa qərarlı olduğu və bu mövzuda klub rəhbərliyi ilə razılığa gəldiyi də yayılan xəbərlər sırasındadır. Keçən mövsüm Fənərbaxçadan Mançester Yunaytedə transfer olunan 26 yaşlı oyunçu, bu mövsüm cəmi 3 oyunda iştirak edib və karyerasının ən yaxşı dövründə müntəzəm çıxış edə biləcəyi başqa bir kluba keçməkdə qətiyyətli görünür.

 

Mənbə: Milliyət

Fatimə Abdulrəhimli