Hoffenheim-dan Szalai qərarı! Komandadan göndərilir..
Bölmə: İdman › ,Tarix: 22:06 18.12.2024
Karyerasında Fənərbaxçada da çıxış edən Attila Szalai, Hoffenheim klubundan göndərilir.
2023-cü ildə Fənərbaxçadan 12 milyon 300 min avroya transfer edilən macar futbolçu, 2024-cü ilin yanvarında yarım mövsümlük Freiburg klubuna icarəyə verilmişdi. Müqaviləsi 2027-ci ildə bitəcək olan Szalai bu mövsüm hələ də oyun şansı əldə etməyib.
Hoffenheimın komandada oynama şansı tapa bilməyən macar müdafiəçinin ayrılmasına icazə verdiyi bildirilib. Szalai ilə yanaşı, yarımmüdafiəçi Florian Grillitschin də göndəriləcək oyunçular siyahısında olduğu qeyd olunub.
Attila Szalai, Fənərbaxça ilə ümumilikdə 117 rəsmi oyunda çıxış edib. Macar futbolçu bu oyunlarda 7 qol vurub və 4 asist edib.
Mənbə: Milliyət
Fatimə Abdulrəhimli