İnsanlığın Günəşə ən yaxın olduğu məsafə rekordu qırıldı

Bölmə: Maraqlı › ,
Tarix: 16:01 28.12.2024

NASA-nın Parker Solar Probe-u (Parker Günəş Zondası), 24 dekabr 2024-cü ildə indiyə qədər bir kosmik aparatın Günəşə ən çox yaxınlaşdığı nöqtəyə çatdı.

Parker, Günəşin səthindən cəmi 6,1 milyon kilometr (3,8 milyon mil) məsafədən keçərək insanlığın Günəşə ən yaxın keçid rekordunu qırdı.

 

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında astrofizik Kəmalə Alışeva bildirib ki, bu missiyanın əsas məqsədi Günəş küləklərinin öyrənilməsi ilə bağlıdır:

 

"Günəş Yerə ən yaxın ulduz olduğu üçün onun öyrənilməsi gələcəkdə bir çox məsələlərin, problemlərin aradan qaldırılmasına da kömək edəcək. İnsanın Günəşə çox yaxın məsafədə səyahət etməsi mümkün olmayacaq. Müəyyən qurğular vasitəsilə Günəş haqqında daha çox məlumata sahib ola bilərik. Orqanizmimiz bu qədər istiliyə dayanıqlı deyil. İnsanlar bu missiyaların hamısını Yerdən idarə edəcəklər".

 

Aygün Babayeva