Miqrasiya məsələləri: Azərbaycan gənclərinin xaricə köçü: səbəblər və həll yolları

Bölmə: Sosial › ,
Tarix: 22:51 07.01.2025

"Son illərdə Azərbaycanda gənclərin xaricə miqrasiyası diqqətçəkən sosial tendensiyalardan birinə çevrilib. Təhsil, iş imkanları, yüksək həyat səviyyəsi və daha geniş perspektivlər axtarışında olan gənclər ölkəni tərk edərək inkişaf etmiş ölkələrə üz tuturlar".

 

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında Kənan Qəhramanzadə bildirib ki, gənclər hər zaman yenilikçi olur:

 

"Onlar yeni bilgilərə və yerlərə maraq göstərir və ölkə xaricində təhsil almağa marağa ilk səbəb bu olur. Xaricdə təhsilin üstünlükləri həmişə olub və bu da səbəblərdən biridir. Ölkəmizin mədəni dəyərlərinə gəldikdə isə bu mədəni dəyərləri gənclər bəlkə də ölkədə olasa da bəzən hiss etmir . Amma qürbətdə olunca bu dəyərlərə bağlılıq və sevgi daha çox olur".

 

Müsahibimiz sözlərinə belə davam edib:

 

"Odur ki, biz də gənclər olaraq xaricdə həmişə ölkəni yaxşı təmsil etməyə çalışırıq.

Ölkəni istər təhsil, istər yaşamaq üçün tərk edən gənclərdə getmək səbəbini ölkənin milli dəyərləri ilə əlaqələndirmək düzgün olmaz. Demək doğru olmaz ki, bu dəyərlər gəncləri ölkədə saxlamağa yetərli cazibə yaratmır".

 

Aydan Quliyeva