HMPV nədir, onun əlamətləri hansılardır?
Bölmə: Sosial › ,Tarix: 23:07 07.01.2025
HMPV virusu Türkiyədə görülübmü, bu COVID-19-a bənzəyirmi?
Son günlər Çində HMPV virusu yenidən gündəmə gəlib və ictimaiyyətin narahatlığına səbəb olub. Koronavirus pandemiyasından beş il keçdikdən sonra Çindəki xəstəxanalardan maska taxan insanların görüntüləri və yerli mətbuatda yayılan xəbərlər yeni epidemiyanın başladığı iddialarını gücləndirib. HMPV epidemiyası COVID-19 pandemiyasına bənzər simptomlarla ortaya çıxsa da, sosial media və xəbər bülletenlərində təəccüblü paralellər quruldu.
Çində baş verən İnsan Metapnevmovirusu (HMPV) epidemiyası bütün dünyada böyük narahatlığa səbəb olub. Bir çox ölkələr, xüsusən də Hindistan virusun yayılmasını diqqətlə izləyir.
Çinin müxtəlif bölgələrində, xüsusən də uşaqlar arasında HMPV infeksiyalarının artdığı bildirilir. Bu vəziyyət xəstəxanaların həddindən artıq sıx olmasına və ictimaiyyətin epidemiya qorxusunun yenidən gündəmə gəlməsinə səbəb oldu. Bununla belə, Çin hökumətindən verilən açıqlamalarda epidemiyanın qış aylarında görülən normal bir vəziyyət olduğu bildirilir. Xüsusilə qış və yaz aylarında yayılır və simptomlar tez-tez soyuqdəymə və ya qriplə qarışdırıla bilər.
HMPV Respirator Sinsitial Virus (RSV) ilə oxşar xüsusiyyətlərə malikdir və Pneumoviridae ailəsinə aiddir. HMPV-nin simptomları hansılardır?
İnsan Metapnevmovirusu (HMPV) infeksiyasının simptomları tez-tez yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları ilə əlaqələndirilir və qrip və ya soyuqdəyməyə bənzəyir. Ən çox görülən simptomlar bunlardır:
Öskürək
Burun tutulması
Nəfəs darlığı və ya nəfəs almaqda çətinlik çəkmək
Boğaz ağrısı
Asqırmaq
Baş ağrısı
Yorğunluq və zəiflik
Əzələ ağrıları
Nəfəs almaqda çətinlik (xüsusilə risk altında olan insanlarda, məsələn, yaşlılar və gənc uşaqlarda)
Mənbə: Ahaber
Mehriban Nəsibova