Facebook və Instagram-da "istifadəçi nəzarəti" dəyişiklikləri nə deməkdir?

Bölmə: Maraqlı › ,
Tarix: 20:40 08.01.2025

Facebook və Instagram-ın sahibi olan Meta, sosial media platformalarında paylaşılan məzmunların doğruluğunun müstəqil nəzarətçilərin yoxlamasından imtina etdiyini açıqlayıb. Şirkət bunun əvəzinə, X-dəki paylaşımın doğruluğu ilə bağlı istifadəçilərin şərh yazdığı "icma qeydləri"yə bənzər bir metod izləyəcəyini bildirib.

 

Meta-nın sahibi Mark Zuckerberg, çərşənbə günü yayımladığı video və yazılı açıqlamada, üçüncü tərəf moderasiyasının "siyasi baxımdan çox tərəfli olduğunu",- deyib və "İfadə azadlığına geri dönüş zamanıdır",- dedi.

 

Meta-nın bu addımı, Zuckerberg və digər texnologiya nəhənglərinin rəhbərlərinin yaxın günlərdə vəzifəyə başlayacaq ABŞ Prezidenti Donald Trump ilə əlaqələrini yaxşılaşdırmağa çalışdıqları bir dövrdə atıldı.

 

Meta-nın Qlobal Əlaqələr Başçısı Joel Kaplan, şirkətin müstəqil moderatörlərə olan asılılığının "yaxşı niyyətli" bir addım olsa da, tez-tez senzura ilə nəticələndiyini vurğulayıb.

 

Kaplan, Respublikaçı Partiyasının öndə gedən fiqurlarından biri olub və keçmiş İngiltərə siyasətçisi Nick Clegg-dən vəzifəni qəbul edib.

 

Mənbə:BBC News Türkçe 

Nigar Həsənzadə