NATO Trampın andiçmə mərasimini gözləyir
Bölmə: Dünya › ,Tarix: 22:02 17.01.2025
NATO səbirsizliklə yanvarın 20-də ABŞ-da yenidən prezidentliyə getməyə hazırlaşan Donald Trampın andiçmə mərasimini gözləyir.
Münasibətlərdə ilk sınaq müdafiə xərcləri olacaq. NATO-da mövcud qərara əsasən, üzv ölkələrin ümumi daxili məhsulunun 2%-ni müdafiə xərclərinə ayırması gözlənilir. Tramp bu hədəfin 5%-ə çatdırılmasını istəyir. NATO-nun baş katibi Mark Rutte də tez-tez Rusiyanın müdafiə investisiyalarını artırmasına diqqət çəkir. Əslində o, bu yaxınlarda müttəfiqlərinə “Biz müharibədə deyilik, amma sülh də içində deyilik” deyərək xəbərdarlıq etmiş və müdafiə xərclərini artırmağa çağırmışdı. Bununla belə, Alyansın Avropa qanadında və Kanadada bu yeni hədəfin real olub-olmaması müzakirə olunur.
NATO lobbilərində müdafiə xərclərinin 5%-ə qədər artırılmasını dəstəkləyən ölkələr tapmaq mümkün deyil.
Ümumi rəy belədir ki, 2%-dən yuxarı olmalıdır, amma 3%-lik daha realdır. Türkiyə 2024-cü ildə 2,09% ilə hədəfi ilk dəfə aşdı.
Mənbə: Bbc türk
Məryəm Zaliyeva