Kartalkayada Yanğın Faciəsi-Prezident Ərdoğan 1 Günlük Milli Matəm Elan Etdi
Bölmə: Hadisə › ,Tarix: 20:29 21.01.2025
Prezident Ərdoğan Kartalkayadakı yanğın faciəsi ilə əlaqədar 1 günlük milli matəm elan edildiyini açıqlayıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclası başa çatıb. Təxminən 2 saat davam edən iclasdan sonra Prezident Ərdoğan açıqlamalar verib və Kartalkayada baş verən yanğın faciəsi ilə əlaqədar 1 günlük milli matəm elan edildiyini bildirib.
Ərdoğan açıqlamasında aşağıdakı ifadələrə yer verib:
“Yaralanan qardaşlarımızdan 17-i xəstəxanadan buraxılıb. AFAD və digər qurumlarımız işlərini davam etdirir. Yanğın xəbəri gələr-gəlməz 4 nazirimizi dərhal Boluya göndərdik. Yanğına müxtəlif qurumlarımız 156 texnika və 458 personal ilə müdaxilə edib. Yanğının çıxma səbəbini və məsuliyyəti olanları müəyyən etmək üçün istintaq işləri başlanıb. İlkin mərhələdə aralarında obyekt sahibinin də olduğu 4 nəfər həbs edilib. Belə bir faciənin baş verməsinə səbəb olanlar, laqeydlik və ya səhlənkarlıq edənlər qanun qarşısında bunun hesabını verəcəkdir.
Bu gün siyasət vaxtı deyil, həmrəylik, birlik və bərabərlik günüdür. Siyasətçilərdən, mediadan, yerli idarəçilərdən daxil olmaqla hər kəsdən vətəndaşlarımızın kədərinə hörmət göstərməyi gözləyirik. Xüsusilə yaxınlarını itirən vətəndaşlarımızın dərin kədər və acı içində olduqlarını bilirik. Bu qardaşlarımızın acısını paylaşmaq məqsədilə 1 günlük milli matəm elan edilib. 22 yanvar 2025-ci il çərşənbə günü ölkəmizdə və xarici nümayəndəliklərimizdə gün batana qədər bayraqlarımız yarıya endiriləcək”.
Mənbə: Haberler
İsmayılova Nəzrin