Yanğın araşdırmasında yeni detallar!

Tarix: 18:55 23.01.2025
Bolu şəhərində 78 nəfərin həyatını itirdiyi yanğın faciəsi ilə bağlı yeni detallar üzə çıxıb. Detalları CNN TÜRK İstanbul Xəbər Müdiri Nihat Uludağ və CNN TÜRK müxbiri Merve Tokaz təqdim edib.
CNN TÜRK İstanbul Xəbər Müdiri Nihat Uludağ, Bolu şəhərində 78 nəfərin həyatını itirdiyi yanğın faciəsi ilə bağlı yeni detalları bu sözlərlə çatdırıb:
"Araşdırma çərçivəsində 11 nəfər saxlanılıb. Araştırma ilə bağlı mühüm məlumatlar var. Prokurorluğun araşdırmasına görə, yanğın otelin 4-cü mərtəbəsindəki restoran hissəsində başlayıb. Orada işləyən 4 nəfər saxlanılıb. Oteldə 2 yanğın pilləkəni var; biri içəridə, biri isə çöldə. Ancaq yanğın pilləkənləri funksiyasını yerinə yetirməyib.
Əksinə, tüstü borusu funksiyasını görüb. Oteldə yağışlama sistemi mövcud olmayıb, həyəcan siqnal sistemi isə heç işə düşməyib. Elektrik təchizatının yanğına davamlı materiallardan hazırlanması tələb olunsa da, bu standartlara uyğun olmadığı məlum olub".
Mənbə: CNN türkçe
Nigar Həsənzadə
Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilib-İlham Əliyev
Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik-İlham Əliyev
Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur-Azərbaycan Prezidenti