Rusiyalı şəxs ABŞ-yə məlumat ötürdüyünə görə azadlıqdan məhrum edilib

Bölmə: Dünya › ,
Tarix: 15:34 24.01.2025

TASS dövlət xəbər agentliyinin cümə axşamı verdiyi xəbərə görə, rusiyalı ABŞ kəşfiyyat agentliyinin nümayəndəsinə məxfi məlumatları ötürməkdə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilib.

 

Moskva Şəhər Məhkəməsi Dmitri Arkadyeviç Şatresovu ABŞ-ın xeyrinə dövlətə xəyanət etməkdə təqsirli bilib”, - TASS Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) istinadən xəbər verir.

 

“Müəyyən edilib ki, Şatresov D.A. qanunsuz üsullarla dövlət sirri təşkil edən məlumatları əldə edərək və cinayət niyyətini rəhbər tutaraq, onu Amerika kəşfiyyatının nümayəndəsinə ötürmək niyyətində olub”. ABŞ-nin Moskvadakı səfirliyinin sözçüsü şərh sorğusuna dərhal cavab verməyib.

 

Mənbə: CNN

Məryəm Zaliyeva