İsrail ordusunun Livanda vurduğu binada ölənlərin çoxu dinc sakinlər idi
Bölmə: Dünya › ,Tarix: 18:07 24.01.2025
İsrail ordusunun Livanda “Hizbullah qərargahı” deyərək vurduğu binada ölənlərin çoxu dinc sakinlər idi.
Foto yazısı: Əşrəf (solda), bacısı Culiyanı İsrail Ordusunun hücumlarına qarşı təhlükəsiz olduğuna inandığı ata evinə gəlməyə razı salıb.
Culiya Ramazan qorxu içində idi. İsrail ilə Hizbullah arasındakı müharibə şiddətlənirdi və o, ailəsinin evinin bombalandığını gördüyü bir kabus görüb.
Beyrutdakı mənzilindən panika içində səsli mesaj göndərəndə, qardaşı ona ata evlərinin yerləşdiyi ölkənin cənubundakı sakit Ayn əd-Delb kəndinə gəlməsini istəyib.
“Bura təhlükəsizdir. Ortalıq sakitləşənə qədər gəlib bizimlə qal”,-deyib.
Öncəki günlərdə İsrail Livandakı Hizbullah təşkilatına qarşı hava hücumlarını artıb. İranın dəstəklədiyi təşkilat İsrailin şimalında dinc sakinlərin ölümünə və on minlərlə insanın evlərini tərk etməsinə səbəb olan raket hücumlarına cavab verib.
Əşrəf ailənin yaşadığı binanın təhlükəsiz olacağına inanırdı və Culiya da onunla razılaşıb.
Mənbə: BBC News türkçe
Nigar Həsənzadə