Filmlərdə süni intellekt obrazı: dost, düşmən və duyğuların daşıyıcısı kimi

Bölmə: Sosial › ,
Tarix: 13:08 26.01.2025

Texnologiyanın inteqrasiyasında süni intellekt obrazlarının film sahəsində yer aldığını və kino mədəniyyətinin əsas mövzusuna çevrildiyini görürük.

Kinematoqrafiyada süni intellekt obrazları müxtəlif aspektlərdən- insanlara kömək edən dost, insanlığı məhv edən texnologiya və insanlara xas olan duyğulara məxsus varlıq kimi təsvir olunur. Beynəlxalq və yerli filmlər süni intellekt obrazlı filmlər çəkməyə daha çox can atırlar.  Süni intellekt obrazları filmlərdə əsas obraz olub müxtəlif xüsusiyyətləri ilə yadda qalır.
  Əksər filmlərdə süni intellekt obrazı texnologiyanın həddən artıq inkişaf edib insanlıq üçün təhlükə yaratdığı əks olunur. Beynəlxalq film dünyasında bu tip təsvirlərə uyğun nümunələrə “Terminator” filmindəki “SkyNet” adlı süni intellekt obrazını göstərmək olar. Filmdə “Skynet” insanlığı məhv etmək istəyir və insan şüurunu ələ keçirməyə çalışır. Çünki insanlığı təhlükə bilir, öz müstəqilliyinə görə onları məhv edir. Filmdə süni intellektin nəzarətsiz qalarsa onun gücünün yaradacağı təhlükələr göstərilir.
“Matriks” filmi beynəlxalq film dünyasında böyük maraq doğurmuş və süni intellektin insanları idarə etdiyi dünyanı əks etdirmişdi. Burada süni  intellekt obrazının əsas enerji mənbəyi insanlardır.
Bəzi filmlərdə süni intellekt insan düşməni  yox, onlara kömək edən “dost” kimi təsvir olunur. Burada əsas məqsəd insan həyatını asanlaşdırmaqdır. Məsələn, “Dəmir adam” filmində süni intellekt insanlarla “dost” olub onların işlərində kömək edir və insanlıqla texnologiyanın sintezini əks edir. 
“O” adlı film texnologiyaya fərqli aspektdən yanaşaraq yaratdığı süni intellekt obrazını insanlarla emosional bağ qura bilən varlıq kimi təsvir edir. Filmdə tənha olan şəxs “Samanta” adında süni intellektlə tanış olur. Zamanla onlar arasında əlaqə emosional olur. Film sonunda “Samanta”  daha da inkişaf edir, əməliyyat sistemi yüksək zirvəyə çatır və baş roldakı şəxsi tərk edir. 
“Süni intellekt” filmində “David” adlı robot duyğuları dərk etməyə çalışır və insan olmaq istəyir. Bu da filmdə robot obrazının emosional cəhətdən  davranışını əks etdirir.
Ümumi film dünyasında süni intellekt və texnologiya gətirdiyi potensial imkanlar və risklər haqqında müxtəlif yanaşmalardan təsvir edilir. Yerli film dünyasında, əsasən də Azərbaycanda hələ ki, süni intellekt üzərindən işləyən film yoxdur. Lakin kinematoqrafiya bu mövzuda ilkin mərhələdədir. Gələcək inkişaflarda süni intellekt obrazları yerli filmlərdə daha çox yer alacağı gözlənilir. 

Nurcan İsmayılova