Hindistan hərbi gəmiləri Pakistan sahillərinə göndərilib

Bölmə: Dünya › ,
Tarix: 00:41 10.05.2025

Nüvə silahına malik iki dövlət arasında günlərlə davam edən sərhəd toqquşmalarından sonra Hindistan Pakistan sahillərinə səsdənsürətli qanadlı raketlərlə silahlanmış döyüş gəmiləri göndərib.

 

 

“İnformator.az” xəbər verir ki, bu barədə "The Telegraph" məlumat verib.

Hindistanın Müdafiə Nazirliyindən olan mənbə bildirib ki, Dehli öz Qərb donanmasını Ərəbistan dənizinin şimal hissəsində, Pakistanın ən böyük limanı olan Kəraçiyə atəş məsafəsində yerləşdirib.

 

 

Zərbə qrupuna aviadaşıyıcı, esmineslər, freqatlar və sualtı qayıq əleyhinə gəmilər daxildir. Gəmilərin bəziləri 300 kiloqramlıq döyüş başlığı daşıyan 500 mil məsafədəki hədəfləri vura bilən, Rusiya ilə birgə istehsal olunmuş "BrahMos" raketini daşıyırlar.