Dəfn mərasimində şok hadisə-Ölən adam gözlərini açdı
Bölmə: Hadisə › ,Tarix: 21:55 28.01.2025
Dominikan Respublikasında dəfn mərasimində baş verən qeyri-adi hadisə yas saxlayan insanları təəccübləndirib. Tabutda yatan adamın birdən gözlərini açdığını görən yaxınları çaşqınlıq içində qalıblar.
Dominikan Respublikasında keçirilən dəfn mərasimində ağlasığmaz bir hadisə yaşanıb. Tabutun içində ölü olduğu zənn edilən adam gözlərini açıb. Mərasim zamanı iştirakçılardan biri “Gözlərini açır!” deyə qışqırarkən, digəri “Görəsən, hələ də sağdırmı?” deyə şübhə edib. Bəzi ailə üzvləri təcili yardım çağırmağı təklif ediblər.
“Ölüm sərtliyi” nədir?
Mütəxəssislər bu hadisənin ölüm sonrası əzələ hərəkətlərindən qaynaqlana biləcəyini bildiriblər. Sosial mediada bu mövzu ilə bağlı bir istifadəçi, “Bu, ölüm sərtliyi kimi tanınan rigor mortis nəticəsində ola bilər, ölüm sonrası əzələlər sıxıla bilər” şərhini verib. Açıq tabut ənənəsinin yayğın olduğu bölgələrdə bu cür hadisələrin zaman-zaman baş verə biləcəyi qeyd olunub. Ölüm sonrası boşalan və yenidən sıxılan üz əzələlərinin belə yanıltıcı görüntülərə səbəb ola biləcəyi bildirilib.
Mənbə:NTV
Ləman Ağayeva