Morata transferi sona yaxınlaşır

Bölmə: İdman › ,
Tarix: 15:16 01.02.2025

"Galatasaray" Alvaro Moratanın transferinin sonuna yaxınlaşır. Sarı-qırmızılıların 1-2 gün ərzində ispan futbolçu ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.

 

Sarı-qırmızılılar Mauro İcardinin zədəsindən sonra hücumu gücləndirmək qərarına gəlib. Rəhbərlik "Milan"da çıxış edən Alvaro Morata üçün İtaliya komandası ilə anlaşıb. İspan futbolçu ilə prinsipial razılığa gələn sarı-qırmızılı komanda 1-2 gün ərzində rəsmi müqavilə imzalamağı planlaşdırır.

 

“Galatasaray” bu transfer üçün “Milan” klubuna təxminən 1 milyon avro kirayə haqqı ödəyəcək.

 

Zəhra Həsənova
TRT Spor