Ankarada saxta spirtli içkidən ölümlər: 33 nəfər ölüb, 20 nəfər reanimasiyadadır

Bölmə: Hadisə › ,
Tarix: 17:41 07.02.2025

 Ankara valisi Vasip Şahin saxta spirtli içkidən istifadə səbəbindən 33 nəfərin öldüyünü, 20 nəfərin isə reanimasiyada müalicə altına alındığını açıqlayıb.

 

 Qubernatorluqdan verilən açıqlamada saxta spirtli içkiyə görə 13 nəfərin həbs edildiyi bildirilib.

 

 Qubernatorluq fevralın 4-də verdiyi açıqlamada saxta spirtli içkilərdən ölüm hallarının artdığını bildirərək vətəndaşlara xəbərdarlıq edib.

 

 Yanvar ayında İstanbulda ən azı 90 nəfər saxta spirtli içki səbəbindən xəstəxanalara yerləşdirilib və onlardan 38-i dünyasını dəyişib.

 

 Saxta alkoqolun səbəb olduğu ölümlərin əksəriyyəti metanol zəhərlənməsi səbəbindən baş verir.

 

 Hətta metanolun çox aşağı səviyyədə istifadəsi daimi sağlamlıq problemlərinə və hətta ölümə səbəb ola bilər.

 

 BBC Türkcəyə danışan Prof. Dr. Pınar Erkekoğlu, "Saxta dediyimiz spirtin tərkibində metanol var. Alkoqolun yerinə metanol istifadə edilə və ya ona əlavə edilə bilər. Bu əlavənin nəticəsində müəyyən zəhərli təsirlər meydana gəlir",- deyə izah edir.

 

 Metanolun bir çox zəhərli təsiri var, xüsusən də daimi korluq.

 

 Saxta spirti ayırd etmək mümkündürmü?

 

 Prof. Erkekoğlu deyir ki, saxta spirti qoxusundan və ya görünüşündən ayırmaq mümkün deyil:

 

 "Metanol bildiyimiz kimi spirt əvəzinə istifadə edilə bilər, çünki o, daha ucuzdur, daha asan əldə edilir və sintezi etanoldan daha asan və sürətlidir".

 

 "Gözümüzlə bunu anlamaq mümkün deyil, çünki həm metanol, həm də etanol şəffaf və rəngsiz mayelərdir".

 

 Erkekoğluna görə saxta spirtdən qorunmağın ən yaxşı yolu; Yaxşı firmaların məhsullarını seçməklə ucuz spirtli içkilərdən istifadə etməmək, təhlükəsiz yerlərdə spirt istehlak etmək və evdə spirt istehsalından uzaq durmaqdır:

 Təkcə saxta dediyimiz içkilər deyil, ucuz içkilərin də baş ağrısı, başgicəllənmə, ürəkbulanma kimi təsiri daha çoxdur”.

 

 "Tərkibində 100 faiz etanol əvəzinə, metanol, butil spirti və hətta sintez zamanı əmələ gələn müxtəlif aralıq məhsullar kimi digər spirtlərin izləri ola bilər".

 

 “Ona görə də burada təkcə metanolun toksikliyindən deyil, həm də digər aralıq məhsulların və digər spirt törəmələrinin ciddi toksikliyindən danışmaq olar”.

 

Mənbə : BBC News türkçe

Nigar Həsənzadə