Gürcüstanda etiraz aksiyalarında iştirak edənlər üçün cəza sərtləşdirildi
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/3465245_.jpeg)
Tarix: 21:09 08.02.2025
Gürcüstanda etirazçılar üçün cəzanı sərtləşdirən düzəlişlər qüvvəyə minib. Yerli KİV-in məlumatına görə, 7 fevral, cümə günü bu barədə məlumat verilib. Hakim “Gürcü Arzusu” partiyasının deputatlarının sürətlə qəbul etdiyi qanunvericilik paketini artıq ölkə prezidenti Mixail Kavelaşvili imzalayıb və dərc edilib.
Paper Kartuli nəşrinin məlumatına görə, Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə vəzifəli şəxslərin təhqir edilməsinə dair yeni maddə əlavə edilib. Bu maddə 45 sutkayadək həbs və ya 4000 lari (təxminən 1400 dollar) məbləğində cərimə nəzərdə tutur. Cinayət Məcəlləsinə edilən dəyişikliklər isə polis əməkdaşlarına qarşı itaətsizlik, hədə-qorxu gəlmə və hücum halları ilə bağlı maddələri əhatə edir. Bu cinayətlərə görə həbs müddətləri artırılıb. Bundan əlavə, ictimai şəkildə zorakılığa çağırış da azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Mənbə: Dw
Zəhra Məmmədova