Serdar Dursun, “Al Nassr”a rəqib oldu!

Bölmə: İdman › ,
Tarix: 21:57 17.02.2025

“Asiya Çempionlar Liqası”nın 8-ci həftəsində “Persepolis” ilə “Al Nassr” üz-üzə gəldi. Oyuna damğa vuran ad isə Serdar Dursun oldu.

 

“D-Smart”dan canlı yayımlanan qarşılaşmada Serdar Dursun ön plana çıxdı. “Persepolis”in baş məşqçisi İsmail Kartal, “Al Nassr” qarşısında Serdar Dursuna start heyətində yer verdi. Serdar Dursun matç ərzindəki jest və mimikaları ilə sosial mediada böyük səs-küy yaratdı.

 

7-ci dəqiqədə Serdar Dursun qola çox yaxın oldu. Sol cinahdan topu götürən Mohammadi, topu yerə ötürərək qapı qarşısına göndərdi. Həmin anda topa müdaxilə etməyə çalışan Serdar Dursun ona toxuna bilmədi və açıq qol fürsəti qaçmış oldu.

 

36-cı dəqiqədə “Persepolis”də Serdar Dursun bu dəfə tribunalardakı azarkeşləri coşdurdu. Azarkeşlərin sakit şəkildə oyunu izlədiyi anda Serdar Dursun əllərini qaldıraraq dəstək istədi.

 

45+3-cü dəqiqədə “Al Nassr” təhlükəli mövqedən sərbəst zərbə qazandı və Serdar Dursun yenidən diqqət çəkdi. Təcrübəli hücumçu, rəqibin diqqətini yayındırmaq üçün əllərini havaya qaldırdı və yerində sıçradı. İcrası həyata keçirilən sərbəst zərbəni qapıçı küncə çəlməklə zərərsizləşdirdi.

 

Mənbə:Milliyət

Fatimə Abdulrəhimli