Onlar sağlam övlad dünyaya gətirə bilərlərmi?

Tarix: 22:46 17.02.2025
Talassemiya qan xəstəlikləri arasında ən çox rast gəlinən irsi patologiyalardan biridir. Bu genetik xəstəlik insanın qırmızı qan hüceyrələrinin düzgün fəaliyyətini pozaraq orqanizmdə oksigen çatışmazlığına səbəb olur. Xüsusilə Aralıq dənizi, Yaxın Şərq və Mərkəzi Asiyada geniş yayılmış bu xəstəlik ailələr üçün ciddi narahatlıq doğurur. Talassemiya daşıyıcısı olan valideynlər üçün əsas sual isə budur: Onlar sağlam övlad dünyaya gətirə bilərlərmi?
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında hematoloq Mireldar Babayev bildirib ki, talassemiya daşıyıcısı dünyaya sağlam uşaq gətirə bilər:
"Əgər valideynlərdən biri daşıyıcıdırsa, dünyaya gələn uşaq ya daşıyıcı, ya da sağlam olur. Talassemiya daşıyıcısı olmaq böyük bədbəxtlik deyil, onlar normal yaşayır, hətta donora çevrilə bilirlər. Talassemiya daşıyıcısı olan gənc oğlanlar hətta hərbi xidmətə də çağırılırlar. Daşıyıcı olanlar uşaq ikən immunitetləri aşağı olsa da, onlara qan vurulmur və ciddi müalicəyə ehtiyac olmur".
Zəhra Məmmədova