Azərbaycan və Pakistan arasında iqtisadi tərəfdaşlıq dahada güclənir

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:59 27.02.2025

Azərbaycan və Pakistan arasındakı iqtisadi-ticari əlaqələr strateji xarakter daşıyır və hər iki ölkənin hökümətləri bu sahədə əməkdaşlığı daha da genişləndirmək üçün ciddi səylər göstərir. Müxtəlif görüşlər, formlar, konfranslar keçirilir.

 

Mövzu ilə bağlı “informator.az”a açıqlamasında politoloq Oqtay bəy bildirir ki, Pakistan və Azərbaycan arasındakı münasibətlər strateji tərəfdaşlıq münasibətləridir. Azərbaycan dövlətini hər zaman dəstəkləyən və müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir:

 

“Son dövrlərə qədər siyasi, mədəni və digər istiqamətlərdə münasibətlərimizin yüksək səviyyədə olmasına baxmayaraq tərəflər arasında ticarət dövriyyə, iqtisadi əlaqələr digər əlaqələrə nisbətən daha aşağı səviyyədə idi. Son illərdə hər iki dövlətlərin prezidenti məhz bu istiqamətə xüsusi diqqət yetirirlər. Ticarət dövriyyəsinin, iqtisadi əlaqələrin ciddi şəkildə genişləndirilməsi ilə bağlı müzakirələr aparılır və bununla bağlı müəyyən yol xəritəsidə cızılır. Artıq Azərbaycan Dövlət Neft şirkəti Pakistanın neft-kimya sənayesindən müəyyən investisiyalar yatırılması, maye qazın Pakistana çatdırılması ilə bağlı müzakirələrdə davam edir. Həmçinin Hərbi sənaye sahəsində birgə layihələrin həyata keçirilməsi, Pakistan mallarının Azərbaycana idxalı zamanı müəyyən güzəştlərin olunması və s.kimi məsələlər artıq həll olunur”.


Aysel Mirzəyeva