Hərəkət edən İETT avtobusu yanıb

Tarix: 21:34 27.02.2025
Bahçeşehirdə hərəkət edən İETT markalı avtobusda naməlum səbəbdən yanğın baş verib. Sürücü vəziyyəti görəndən sonra sərnişinlər təxliyə edilib.
Xəbər verildikdən sonra hadisə yerinə xilasetmə və polis qrupları sövq edilib. Polis qrupları təhlükəsizlik tədbirləri alaraq yolu iki istiqamətli hərəkətə bağladı. Yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın söndürüldükdən sonra avtobus yararsız hala düşüb.
Mənbə: trt haber
Asiman Vəliyeva