İzmirdə 4 bal gücündə zəlzələ baş verib

Tarix: 20:13 28.02.2025
Egey dənizində İzmirin Dikili rayonu sahillərində 4 bal gücündə zəlzələ baş verib.
AFAD xəbər verir ki, saat 17:09-da Egey dənizində 4 bal gücündə zəlzələ olub.
Zəlzələ İzmirin Dikili mahalı sahillərində təxminən 10 kilometr dərinlikdə baş verib.
Mənbə: CNN Türk
Kəmalə Vəliyeva