İstanbul 1 həftə ərzində səhra tozundan təsirlənəcək

Bölmə: Maraqlı › ,
Tarix: 21:35 11.03.2025

İstanbulun bu gündən etibarən 1 həftə ərzində Şimali Afrikadan gələn səhra tozundan təsirlənəcəyi gözlənilir.

 

İstanbul Texniki Universiteti (İTU) İqlim Elmləri və Meteorologiya Mühəndisliyi Bölümü müəllimi Prof. Dr. Hüseyn Toros yazın gəlişi ilə Şimali Afrikanın Sahara səhrasında və bəzən Ərəbistan yarımadasında atmosferə qarışan tozların hava axınları ilə başqa yerlərə daşındığını bildirib.
Bu vəziyyətin normal bir təbii hadisə olduğunu bildirən Toros, xüsusilə qızdırılan səhra bölgələrindən gələn tozların külək axınları ilə Avropa və Türkiyəyə çata biləcəyini bildirib. Toros bildirib ki, yüksək təzyiq sistemləri və külək axınları ilə daşınan bu toz havanın keyfiyyətinin dəyişməsinə və atmosferin rənginin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb ola bilər.

 

 

Mənbə: TRT Haber
Fatimə Şahverdiyeva