TPAO ilə ABŞ neft nəhəngi arasında razılaşma

Tarix: 20:15 12.03.2025
Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Türkiyə Neft Şirkəti (TPAO) ilə TransAtlantic Petroleum and Continental Resources ilə birgə müəssisə müqaviləsi imzaladığını açıqlayıb.
Bayraktar müqavilə ilə bağlı X sosial media hesabında paylaşım edib.
Bayraktar paylaşımında Continental Resources-un ABŞ-nin ən böyük neft istehsalçılarından biri olduğuna və TransAtlantic Petroleum-un 17 ildir Türkiyədə fəaliyyət göstərdiyinə diqqət çəkərək, TPAO-nun Diyarbəkir hövzəsində qeyri-ənənəvi neft və qaz ehtiyatlarının işlənməsi üçün bu şirkətlərlə ortaq müəssisə müqaviləsi imzaladığını qeyd edib. Bayraktar, ən müasir ekoloji və texnoloji təcrübələrlə həyata keçiriləcək layihənin yerli işçi qüvvəsinin öyrədilməsini və texniki biliklərin ötürülməsini də təmin edəcəyini bildirdi.
Mənbə: CNN Türk
Kəmalə Vəliyeva