“Klubu düşünürəm, özümü deyil”

Bölmə: İdman › ,
Tarix: 23:00 13.03.2025

Dünyaca məşhur portuqaliyalı mütəxəssis Sky Sports-a danışıb:

 

“Özümü düşünmürəm. Səkkiz çempionluq qazandım. Əgər doqquz olsa, əlbəttə ki, doqquz səkkizdən yaxşıdır, amma mən klubu düşünürəm, özümü deyil. Fenerbahçenin Türkiyədə 35 milyon azarkeşinin olduğunu düşünürəm və klubun bu qədər uzun illər çempionluq qazana bilməməsinin səbəblərini düşünürəm. Burada çempionluğu qazanmağa çalışmaq mənim üçün deyil, klub və azarkeşlər üçün daha böyük mənaya malikdir. Mən onlar üçün çalışıram".

 

Jose Mourinho Türkiyədə baş verənlərin sadəcə idman rəqabəti ilə bağlı olmadığını vurğulayıb:

 

“Burada insanların təsəvvür edə biləcəyindən daha böyük şeylər baş verir. Əgər burada yaşayırsınızsa və ya dərin araşdırmağa çalışsanız, inanılmaz şeylərlə qarşılaşarsınız. Meydanda yaxşı bir sabitlik əldə etdik, amma bu ölkədə hər kəs bilir ki, əgər işlər dəyişməzsə, bizim liqa çempionu olmağımız qeyri-mümkündür. Klubumu və Türk futbolunu qorumaq üçün səsimi qaldırıram, çünki bu, gözəl bir ölkədir. Amma futbol bundan daha çox şey olmalıdır".

 

Jose Mourinho əlavə edib:

 

“Normal şərtlərdə biz çempionatda açıq fərqlə lider olmalı və çempionluq yarışı artıq bitmiş olmalı idi. Bu baş verənlər həqiqətən həddindən artıqdır".

 

Mənbə: TRT Spor

Aytac Mustafayeva