Missiya və vizyon nədir?

Bölmə: Sosial › ,
Tarix: 22:30 14.03.2025

Missiya və vizyon biznesin strateji planlaşdırılmasında mühüm rol oynayır. Biznesdə olduğu kimi, bu anlayışları insanlara da aid etmək olar.

Əksər hallarda bu iki anlayış bir-biri ilə səhv salınır.

 

Məsələ ilə bağlı marketoloq Müşfiq İskəndərov "İnformator.az"a açıqlamasında bildirib ki, vizyon və missiya şirkətlərin korporativ stillərini formalaşdırmaq üçün istifadə olunan göstəricilərdir:

 

"Biz bu iki anlayışı daha çox şirkətlərə aid edirik, ancaq bunu insanlara da aid etmək mümkündür.

İctimai şəxslərin doğru imicini formalaşdırması üçün vizyon və missiya önəmli məsələlərdən biridir. İnsanlar öz missiya və vizyonlarını müəyyən edərkən qarşı tərəfin onlara güvən hissi də avtomatik olaraq formalaşır.

Məsələn, ictimai şəxslər dünya təcrübəsində marketinq və PR kommunikasiya komandası ilə bərabər çalışırlar ki, gələcəkdə atacaqları addımların həyatlarına və işlərinə necə təsir edəcəyini müəyyən etsinlər. Beləliklə, riskdən qoruyurlar.

İctimai şəxslərin səsləndirdiyi və ya yazdığı hər bir mətn sonradan neqativ və ya pozitiv qarşılanır.

 

Fərdi vizyon nədir?

 

Fərdi vizyon insanın özünə müəyyən etdiyi gələcəkdir. Vizyonu olan insanlar artıq bir hədəf müəyyənləşdirir və bu hədəf üçün çalışırlar. Bu isə tənbəlliyi aradan qaldırır və ictimai inkişafı təşviq edir.

 

Missiya isə sosial məsuliyyət məsələsidir”.

 

Fatimə Şahverdiyeva