TDT baş katibi diplomatlarımızı təbrik edib

Tarix: 23:46 08.07.2025
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan diplomatlarını peşə bayramı münasibətilə təbrik edib.
"İnformator.az" xəbər verir ki, TDT Baş katibi bu barədə X-də yazıb.
"Diplomatik xidmət orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizin işinizə sədaqətiniz ölkənin beynəlxalq arenadakı maraqlarının təşviqinə əhəmiyyətli töhfə verir. Sizə bu önəmli diplomatik missiyada uğurlar arzulayıram", - o qeyd edib.