Yay fəslində sağlam arıqlamağın yolları-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 19:31 09.04.2025

Qarşıdan gələn yay fəsli özü ilə bərabər çimərlik sezonunu da gətirir. Bu da Novruz bayramından və qışdan qalmış artıq çəki problemini gətirir. Hər kəs artıq çəkidən azad olmaq üçün müxtəlif yollara baş vurur.

Sosial mediada bu mövzuda çoxlu doğru və ya yalnış informasiya var. Arıqlamaq üçün istifadə etdiyi yolun sağlam və ya zərərli olduğunu araşdırmadan hər kəs sosial mediada bu məlumatları paylaşır. Digər insanlar həmin metodun onun orqanizminə uyğun olub-olmadığnı araşdırmadan tıtbiq edir. Nəticədə‚ nəinki arıqlayıb‚ artıq çəkidən xilas olurlar‚ hətta öz sağlamlıqlarına da ciddi zərərlər vururlar.

Mövzu ilə bağlı endokrinoloq-dietoloq-nutrigenetik  Azaya Musayeva ″İnformator.az"a açıqlama verib. Dietoloq bildirib ki‚ sağlam çəki atmaq istəyənlər ilk olaraq öz qida rasionunu və gündəlik su içmək miqdarını tənzimləməlidir:

″Ümumiyyətlə yay bizim bol-bol vitamin və  günəş alacağamız, qış üçün özünüzə vitamin depolayacağımız ən ideal fəsildir. Yayda bacardığımız qədər çoxlu meyvə-tərəvəz yeməliyik ki, bizim orqanizmimizdə olan vitamin, mineral və nutrienti- bunların hamısını deponlasın. Həmçinin günəş də bizim D vitaminimizdir. Hansı ki, bu bizim maddələr mübadiləmizə, sümüklərimizə, bütün orqanizmizin fəaliyyətinə təsir edir. Yay pəhriz etmək üçün ideal bir vaxtdır. İlk olaraq sudan başlamlıyıq. Yayda öz su normamızı 500 ml artırmalıyıq. Su norması hər bir insan üçün öz çəkisinin 30 ml-yə vurulmuş versiyasıdır. Məsələn‚ 50 kilo olan bir xanım üçün su norması (50×30=1‚500)1,5 ml olur. Yay fəslində isə bu normaya 500 ml əlavə olunur. Yayda ikinci ara qidalanmanı meyvələrlə, xüsusilə meyvə və giləmeyvələrlə zənginləşdirmək daha yaxşı olar. Bu ən çox da  xanımların hormonlarının düzgün çalışması üçün vacibdir. Yayda daha çox hərəkət edirik, aktiv oluruq və günəşlənirik. Buna görə də yay pəhrizləri əsasən bol-bol tərəvəzdən ibarət olmalıdır. Yayda hər ana yeməyin yanında mütləq tərəvəz olsun. Tərəvəz miqdarına gəldikdə isə boşqabın tən yarısı tərəvəz olsun, digər yarısı isə iki hissəyə bölünərək qarnir və ət (balıq əti, mal əti, dərisiz toyuq əti) olmalıdır. Xüsusən onu vurğulamaq istəyirəm ki, yayda tərəvəz, göyərti, meyvələrini bol etsinlər. Yayda belə meyvəni 16:00-dan sonra yeməsinlər. Yay deyəndə hərkəsin ağlına ilk qarpız gəlir. "Qarpız necə? Olar mı?" Deyə soruşanlara demək istəyirəm ki, qarpızın bir diliminin üzərindən 1 stəkan su içərək yeyərlərsə qarpızın şəkəri yuyulub gedər”.

Dietoloq əlavə edib ki‚ hər kəsin qidalanma saatı və sayı onun oyaq saatına bağlıdır:

″Əslində, hərkəs üçün bir gün üçün qidalanma sayı onu oyaq qalma saatına bağlıdır. Sizə kimsə desə ki, siz gündə 3 və ya 4 dəfə qidalanmalısınız bu yalnışdır. Çünkü, bizim orqanizmimizdə aclıq və toxluq hormonumuz var. Aclıq hormonumuz qrelin, toxluq hormonumuz isə leptindir. Qrelin hormonu biz yuxudan oyanan kimi yarım saat ərzində ifraz olunmağa başlayır. Yəni biz yuxudan oyanan kimi o ifraz olunur. Odur ki, biz yuxudan oyanan kimi səhər yeməyi yeməliyik. Və növbəti qidalarımız isə ən tez üç saatın tamamında, ən gec isə dörd saatın tamamında-yəni 3-4 saat aralığında- olmaldır. Çünkü, qrelin hormonu hər 3 saatdan bir ifraz olunur və davamiyyət müddəti 1 saatdır. 3 saatın tamamında ifraz olunur, 1 saat ərzində isə ən pik nöqtəsinə çatır. Buna görə də biz həmin o 3-4 saat aralığı tapmalıyıq. Odur ki, hərkəs oyaq qalma saatını 3 və yaxud da 4-ə bölərək gündə neçə dəfə qidalanacağını tapa bilər. Məsələn‚ səhər saat 10-da yuxudan oyanan bir xanım 10:30-da yemək yeyir, bunun digər qidası olacaq 14:00, 17:00 və axşam saat 8-də. Hətta işləyən pasiyentlərim belə, tətildə olduqları zaman onların saat qrafikləri, oyaq qalma saatları dəyişdiyi üçün onlar da bu cür 3-4 saatdan bir qidalanaraq nizamlayırlar. Soruşacaqsınız ki, biz niyə qrelin ifraz olunduğu zaman qidalanmalıyıq? Çünkü bu zaman biz qidalanmağa başlayanda, həmin hormonun ifrazı azalmağa başlayır  və o öz şəriki olan toxluq hormonumuz leptin hormonunu çağırır. Leptin hormonunun isə iki fəaliyyəti var. Birincisi bizi doyuzdurur, ikincisi isə gəldikdə özü ilə bol-bol amin turşuları gətirir. Bu da yediyimiz qidaların tez həzm olunmasına kömək edir. Odur ki, qidalanmamızı hər 3-4 saatdan bir etməliyik və səhər yeməyimiz oyanandan yarım saat və ya 40 dəqiqə sonra olmalıdır”.

Azaya xanım əlavə olaraq insanların dieta zamanı etdiyi ciddi səhvlər haqqında danışarkən vurğulayıb ki‚ çox ac qalaraq arıqlamağa çalışmaq qətiyyən düzgün deyil:

″İnsanların yayda arıqlamaq üçün etdiyi ən böyük səhvlərdən biri odur ki, yayda daha çox ac qalırlar. Yay fəslində insanların iştahı olmur deyə ac qalırlar. Ancaq, mən bunu tövsiyə etmirəm. Düzdür‚ ac qaldığımız zaman arıqlayırıq amma bu zaman bizdə dəri sallanmaları baş verir. Çünkü bizim piylərimiz dərimizin altında və əzəlimizin üstündə -əzələ ilə dəri arasında yerləşir. Ac qaldığımız zaman isə biz piy əritmək yerinə əzələmizdən itiririk. Çünkü Allahın bizim üçün qoyduğu həyatda qalmaq mexanizması var. Biz ac qaldığımız zaman bizim bədənimizdən siqnallar ifraz olunur. Orqanizm bizim dietada olduğumuzu başa düşmür. Buna görə də uzun müddətli aclıqdan ölməmək üçün o öz piylərini bacardığı qədər qoruyub saxlayır. Üstəlik, siz səhər yeməyi yeməmisinizsə və axşam saat 3-4-ə kimi acsınızsa, hətta 3-4-də siz tərəvəz salatı yemiş olsanız belə orqanizm onu piyə çevirir. Vacib deyil ki, biz yağ yeyək ki, bu piyə çevrilsin. Ac qaldıqdan sonra qidalandıqda, həmin qidanın hər biri piy olaraq kənara atılır. "Ac idi, yenə ac ola bilər. Ona görə də daxil olan hər bir qidanı piyə çevirəcəm ki, sabah həmin piy sayəsində orqanizm enerji ala bilsin" deyərək orqanizm özünü tənzimləməyə çalışır. Daha sonra səhvlərdən biri də odur ki, yayda bol-bol su içilir.   Bu yaxşıdır əslində, amma daha çox su yox, daha çox maye qəbul edilir. Hansı ki bunlar qazlı içkilər, sərinləmək üçün içilən pivələrdir (pivə qarın bölgəsini daha çox piyləndirir). Yaxşı olar ki, bunların hər birini suyla əvəz etsinlər. Həmçinin yayda duzlu qidalardan da imtina etmək lazımdır. Çünkü suyu bol içirik və duzlu qidalar qəbul etdikdə duz suyu orqanizmdə saxlayır. Yayda baş verən şişkinliklərin ən böyük səbəbi də elə budur″.

Dietoloq sonda yayda arıqlamaq istəyənlərlə öz tövsiyələrini bölüşüb:

″Yayda arıqlamaq istəyənlərə tövsiyəm budur ki, ilk olaraq yay da yox yazda arıqlasınlar. Çünkü, yayda biz çimərlik geyimləri geyinirik və ideal bədən quruluşu istəyirik. Odur ki, buna yayda başlasınlar. Və əgər arıqlayacaqlarsa, bunu mütləq şəkildə sağlam şəkildə etməlidirlər. Bəzən arıqlamaq istəyib, bunu bacarmayanlar da var. Məsələn deyir ki, doktorum çörəkdən‚ şəkərdən‚ duzdan imtina etmişəm və tərəvəz yeyirəm amma bacarmıram. Orqanizmdə problem olduğu zaman o ən kiçik tərəvəzdən belə özünə piy yarada bilər. Bu zaman pasiyentlərə müalicəvi qida yazılır. Yox əgər orqanizmdə heç bir problem yoxdursa, sadəcə artıq piylərdən azad olmaq lazımdırsa bu zaman ilk olaraq suyu yetərli qədər içmək lazımdır. Dediyim kimi suyun normasından 500 ml əlavə olunur. Əgər idman edilirsə 500 ml-də idmana əlavə olunur. Yay həmçinin yürüşə çıxmaq üçün də idealdır. Yürüş dedikdə qaçmağı yox düzgün nəfəslə yeriməyi nəzərdə tuturam. Yaz və yayın başlanğıcı bunun üçün ideal bir vaxtdır. Ümumiyyətlə yayda arıqlamaq daha sürətli olur. Yayda çalışsınlar ki, gün ərzində orqanizmə bol qida versinlər ki, gecə onları qəfil aclıqlar tutmasın. Çünkü orqanizm elə bir mexanizmdir ki, günün birinci yarısında ondan əsirgədiyinizi, günün ikinci yarısında mütləq sizdən alacaq. Həmçinin biz elə arıqlamalıyıq ki, orqanizmimiz (saçlarımız tökülməsin, dişlərimiz zəifləməsin , dırnaqlarımız zəifləməsin) bundan zərər görməsin. Çünkü, pəhriz sağaltmalıdır, öldürməli deyil”.

Tərlan Əmrahova